İranda məhbusun edamı uşaqların gözü qarşısında keçirilib
26.05.2023
Güney Azərbaycanın Marağa şəhərində məhbusun dar ağacından edamı uşaqların gözü önündə həyata keçirilib.
Bu barədə "Azad İran” "Telegram” kanalı xəbər verib.
İran İnsan Haqları Təşkilatı bununla bağlı bəyanat yayıb və bu edam hökmünün ictimaiyyət qarşısında icrasını qəddarlıq, alçaldılma və cəmiyyətə hədə-qorxu ilə ömrünü uzatmağa çalışan İslam Respublikası hökumətinin əsl siması adlandırıb.