Yaponiya Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
26.05.2023
Yaponiya Xirosimada keçirilən G7 sammitindən sonra Rusiyaya qarşı sanksiyaları genişləndirib.
"DM" xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.
Məlumata görə, Yaponiya Rusiyadakı 78 qrup və 17 fiziki şəxsin aktivlərini donduracaq və Rusiyanın 80 qurumuna, o cümlədən hərbi əlaqəli tədqiqat laboratoriyalarına ixracı qadağan edəcək.