Milli komandada baş məşqçi istefası
21.11.2018
İrlandiya millisinin baş məşqçisi Martin O Nil vəzifəsindən uzaqlaşdırılıb.
"Dövran Media" xəbər verir ki, bu barədə İrlandiya Futbol Assosiyasiyası məlumat yayıb. Xəbərdə alınan uğursuz nəticələrdən sonra futbol assosiyasiyasının O Nillə yollarını ayırdığı bildirilib.
O Nil 2014-cü ildən İrlandiya millisini çalışdırırdı. Yığma onun rəhbərliyi altında 55 oyun keçirib, 19 qələbə qazanıb və 16 dəfə də məğlub olub.
İrlandiya UEFA Millətlər Liqasının B Liqasının 4-cü qrupunda Danimarka və Uelslə mübarizə aparırdı. İrlandlar turniri sonuncu pillədə başa vurub.