ABŞ Dövlət Departamentinin Çin üzrə baş məmuru istefa verir
25.05.2023
ABŞ Dövlət Departamentinin Çin siyasəti üzrə baş mütəxəssisi Rik Uoters Vaşinqton və Pekin arasında gərginliyin artması fonunda istefa verməyə hazırlaşır.
Bu barədə "Reuters” agentliyi məlumat yayıb.
Dövlət Departamentinin rəsmisinin agentliyə verdiyi məlumata görə, Uoters iyunun 23-də vəzifəsini tərk edəcək, lakin diplomatik xidmətini yüksək səviyyədə davam etdirəcək. Departament Çin və Tayvanla qarşılıqlı fəaliyyət üzrə ikiillik uğurlu fəaliyyətinə görə ona təşəkkür edib.