Polşanın qərbində, Vroslav şəhərinin Vrotslav Dikşteyn küçəsində yerləşən villanın bağçasında aparılan qazıntılar zamanı İkinci Dünya Müharibəsi dövrünə aid kütləvi məzarlıq tapılıb.
"DM" "İHA"ya xistinadən xəbər verir ki,Pomost Tarix-Arxeoloji Araşdırma Emalatxanası ünvanda basdırılmış cəsədlərin ola biləcəyinə dair bildiriş aldıqdan sonra ərazidə qazıntı işlərinə başlayıb. Mart ayında başlayan işlər çərçivəsində villanın 100 metr uzunluğunda və 10 metr enində olan bağçasında qazıntı aparan mütəxəssislər 128 nəfərin cəsədini aşkar ediblər.
Meyitlərin o dövrdə Almaniyanın tərkibində olan Breslau şəhərinin mühasirəsi zamanı həyatını itirən Almaniya vətəndaşlarına aid olduğu müəyyən edilərkən, 1945-ci ildə İkinci Dünya Müharibəsinin son aylarında cəsədlərdən 120-nin aralarında uşaq və yaşlıların da olduğu mülki vətəndaşlardır, qeyd olunub.
Bildirilib ki, digər 8 nəfər isə II Dünya Müharibəsinin sonlarına doğru Adolf Hitlerin əmri ilə alman kişilərindən yaradılan xalq-azadlıq ordusu "Volksşturm”un əsgərləridir.
Villanın bağçasından çıxarılaraq Poznan qəbiristanlığının anbarına aparılan qurbanların skelet qalıqlarının sentyabr ayında keçiriləcək mərasimlə Nadolice Wielkiedəki Alman Döyüş Qəbiristanlığında dəfn ediləcəyi öyrənilib. .