Aİ Ukraynadan malların rüsumsuz ixracını uzadıb
25.05.2023
Avropa Şurası Ukrayna mallarının Aİ ölkələrinə rüsumsuz idxalını daha bir il uzadıb .
"DM" "Unian"a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal məlumat verib . O qeyd edib ki, belə bir qərar son dərəcə çətin hərbi şəraitdə Ukrayna biznesinə və iqtisadiyyatına əhəmiyyətli dərəcədə kömək edəcək.
"Avropa Şurası bu gün Ukrayna ilə iqtisadi vizasız rejimi daha bir il uzadıb. Bu o deməkdir ki, ukraynalı bizneslər ən azı 2024-cü ilin iyun ayına qədər Aİ-yə mal ixrac edərkən heç bir rüsum, kvota və ya tarif ödəməyəcək", - o deyib.
O, həmçinin qərara görə avropalı tərəfdaşlara minnətdarlığını bildirib.
Devran Media