Paşinyanın fraksiyası Şoyqunun Aİ missiyası ilə bağlı fikirlərinə reaksiya verib
25.05.2023
Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası mülki xarakter daşıyır.
APA xəbər verir ki, bu barədə Ermənistanın hakim "Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan Rusiya müdafiə naziri Sergey Şoyqunun bəyanatına reaksiya verib.
Hovhannisyan qeyd edib ki, əgər Rusiya Müdafiə Nazirliyi mülki xarakter daşıyan missiyanın Moskvanı regiondan sıxışdırıb çıxara biləcəyinə inanırsa, bu, Şoyqunun şəxsi fikridir: "Mən buna əlavə şərh verməyəcəyəm”.
Qeyd edək ki, Şoyqu bu gün Minskdə KTMT Müdafiə Nazirləri Şurasının iclasında deyib ki, Avropa İttifaqının Ermənistandakı mülki missiyasına hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları da daxildir.
"Düşünürəm ki, onların həqiqətdə orada nə etdiklərini izah etməyə ehtiyac yoxdur. Bu baxımdan, KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işi davam etdirməyi zəruri hesab edirik”, - Rusiya Müdafiə Nazirliyinin rəhbəri əlavə edib.