Ağdam Cümə məscidinin bərpası yekunlaşır
25.05.2023
Ağdam Cümə məscidinin hər iki minarəsinin yuxarı dəmir örtüyü bərpa edilib.
Bizim.media-nın yerli bürosu xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Cümə məscidində tamamlanma işləri aparılır.
Xarici mütəxəssislər tərəfindən aparılan bərpa işləri binanın işğaldan əvvəlki tarixi görkəmini özünə qaytarıb.
Xatırladaq ki, 1868-1870-ci illərdə inşa edilmiş Ağdam Cümə məscidi 1993-cü ildə Ermənistan ordusunun Ağdam şəhərini işğal etməsi nəticəsində dağıntılara məruz qalıb.