21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şoyqu Qərbi Cənubi Qafqazda vəziyyəti gərginləşdirməkdə ittiham edib

25.05.2023

"Biz Cənubi Qafqazda vəziyyətin sabitləşməsi üçün mümkün olan hər şeyi edirik”.

"DM” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Belarusun paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, KTMT bölgədə sülhün təmin olunmasında maraqlıdır.

Nazirin sözlərinə görə, Qərb Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün aparılan danışıqlar prosesinə müdaxilə etməyə, regiondakı mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır: "Regiondakı vəziyyət daha çox Ermənistanla Azərbaycan arasındakı gərginliyin həlli ilə bağlıdır. Rusiya sülhməramlıları Qarabağdakı təhlükəsizliyi dəstəkləyir. Lakin Qərb vəziyyətə müdaxilə etməyə çalışır”.

S.Şoyqu söyləyib ki, Qərb üçün əsas məsələ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır: "Bununla əlaqədar biz KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işi davam etdirməyi zəruri hesab edirik”.

Rusiyanın müdafiə naziri həmçinin Ermənistanın KTMT-nin Minsk toplantısında təmsil olunmamasına da münasibət bildirib: "Biz Ermənistanın KTMT koalisiyasının fəaliyyətlərində iştirakını vacib sayırıq”.