Ərdoğan bu borcların silinməsi barədə qərar verib
25.05.2023
Türkiyədə fevral ayında baş verən dəhşətli zəlzələ nəticəsində evləri ağır və orta dərəcədə ziyan çəkən sakinlərin elektrik enerjisi və təbii qaz borcları silinib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı "Resmi Gazete”də dərc olunub.
Qərara görə, bu tarixdən əvvəlki təbii qaz və elektrik enerjisi borcları sakinlərdən alınmayacaq.
Qərarın icra ediləcəyi vilayətlər Kahramanmaraş, Hatay, Qaziantep, Osmaniye, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfadır.