Azərbaycanda QİÇS xəstəliyi ilə bağlı statistika açıqlanıb
25.05.2023
2022-ci ildə Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə 89 nəfər qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Onlardan 18 yaşa qədər bir nəfər olub. Tibb müəssisələrində qeydiyyatda olanların sayı isə 2 675 nəfər olub.
Qeyd edək ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə 2018-ci ildə 630 nəfər, 2019-cu ildə 686 nəfər, 2020-ci ildə 547 nəfər, 2021-ci ildə 671 nəfər qeydə alınıb.