Kolumbiyada 7 bala yaxın zəlzələ olub
25.05.2023
Kolumbiya sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, yeraltı təkanların episentri təxminən 272 min nəfər əhalisi olan Monteriya şəhərindən 134 kilometr qərbdə yerləşib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat yoxdur.
Mənbə: TASS