Türkiyədə seçkilərlə bağlı xaricdəki səsvermə I turdakı rəqəmləri ötüb
25.05.2023
Türkiyədə seçkilərlə əlaqədar xarici nümayəndəliklərdə səs verənlərin sayı artıb.
"DM" TRT Haber-ə istinadən xəbər verir ki, xarici nümayəndəliklərdə 1 milyon 850 mindən çox seçici səsvermədə iştirak edib. Bu isə birinci turdakı rəqəmlərdən çoxdur.
Qeyd edilib ki, xarici nümayəndəliklərdəki seçki qutuları bağlanıb, gömrükdəki səsvermə isə mayın 28-i saat 17.00-dək davam edəcək.