İldırım vurması nəticəsində həlak olan hərbçiyə şəhid statusu veriləcək
24.05.2023
Azərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.
"Qanunvericiliyə əsasən, xidmət vaxtı ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək”, - qurumdan bildirilib.