Priqojin “Ukrayna ordusu dünyanın ən güclü ordularından biridir” - VİDEO
24.05.2023
"Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Ukrayna ordusu haqqında müsbət fikirlər səsləndirib.
O bəyan edib ki, Rusiya hökumətinin elan etdiyi "demilitarizasiya” və "denasifikasiya” planları iflasa uğrayıb.
Yevgeni Priqojin hesab edir ki, Kremlin Kiyevə qarşı hərbi əməliyyatlara başlamasından sonra Ukraynanı və onun ordusunu bütün dünyaya tanıyıb.
Putinin aşpazı olmuş Priqojin hazırda ukraynalıların bütün dünyada yunanlar və ya romalılar kimi qəbul edildiyini açıqlayıb.
"Elan etdiyimiz "Demilitarizasiya”nın əksi baş verdi. Xüsusi hərbi əməliyyatlar başlayanda onların Ukraynanın şərti olaraq 500 tankı var idisə, indi bu tankların sayı 5 mindir. Əgər o vaxt məharətlə döyüşən ukraynalı hərbçilərin sayı 20 min idisə, indi bu rəqəm 400 minə yüksəlib. İndi Ukrayna ordusu dünyanın ən güclü ordularından biridir. Bu necə "demilitarizasya”dır? Əksinə, biz Ukraynanı hərbiləşdirmişik, - deyə Priqojin bildirib.
Priqojin əlavə edib ki, indi Ukrayna hərbçiləri öz yüksək məqsədlərinə çatmaqdan ötrü Sovet ordusunun İkinci Dünya Müharibəsində olduğu kimi fəaliyyət göstərir, fərq ondadır ki, onlar bunu texnoloji cəhətdən yeni üsullarla və daha səmərəli şəkildə həyata keçirirlər.