03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qaribaşvili : Bizim müharibəmiz müharibə deyil, Ukraynanınkı müharibədir?

24.05.2023

Gürcüstanın Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməsi onun özünün iqtisadiyyatının məhvinə səbəb ola bilər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qatar İqtisadi Forumunda deyib.

"Biz 2008-ci ildə müharibədə idik. Siz bizimlə müharibəyə görə kiminsə Rusiyaya sanksiya tətbiq etdiyini xatırlayırsınızmı? Heç kim. Dünyada heç kim o müharibəyə adekvat reaksiya göstərmədi. Ona görə mənim sualım budur: Məntiq bunun harasındadır? Bizim müharibəmiz müharibə deyil, amma Ukraynanın müharibəsi müharibədir?”, - Baş nazir moderatorun sualına cavabında deyib.

Qaribaşvili əlavə edib ki, 2008-ci ildən sonra Rusiya Gürcüstanın 20 faiz ərazisini işğal edib, tarixi torpaqlarında 2 hərbi baza yaradıb və separatçı "respublikaların” müstəqilliyini tanıyıb. Bununla belə Qərb Rusiya ilə biznes əlaqələrini həmişəki kimi davam etdirib:

"Bu işğal indi də davam edir. Mənim amerikalı və avropalı dostlarımıza sualım budur - əziz dostlar, siz Rusiya ilə biznesi həmişəki kimi davam etdirmisiniz. Heç kim Rusiyaya sanksiya tətbiq etməyib. Diqqətinizə çatdırım ki, Aİ 2008-2022-ci illərdə Rusiyaya 2,5 trilyon dollar ödəyib. Gürcüstanın Rusiya ilə xarici ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan azdır. Müqayisə üçün deyim ki, Avropanın Rusiya ilə 4 günlük ticarətini biz 1 ildə edirik. 1 milyard dollar Rusiya iqtisadiyyatına təsir edə bilməz. Bu onun üçün 0,3 faizdir, beləliklə bizim Rusiyaya sanksiya tətbiq etməyimizin arxasında məntiq yoxdur”.

Baş nazir qeyd edib ki, Gürcüstan hakimiyyəti Ukraynanı və Ukraynalıları dəstəkləyir və müharibənin tezliklə bitməsini istəyir:

"Biz Ukraynanı, ukraynalıları dəstəkləyirik və bu müharibənin tezliklə bitməsini istəyirik. Biz hər bir beynəlxalq platformada 500-dən çox qətnaməyə, bəyanatda qoşulmuşuq . Biz maliyyə sanksiyalarına tam riayət etmişik, ABŞ dövlət departamenti rəsmi şəkildə bəyan etdi ki, Gürcüstanın maliyyə institutları, Milli Bankı maliyyə sanksiyalarına tam riayət edir”.