Bakının mərkəzində qızın başına beton parçası düşüb
24.05.2023
Bakının mərkəzində xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.
"Qafqazinfo” xəbər verir ki, dünən saat 18 radələrində paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 32 ünvanında yerləşən binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından beton parçası qopub.
Beton parçası səkidə hərəkət edən piyada 1992-ci il təvəllüdlü Əminə Nəzərlinin başına düşüb. 31 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ə.Nəzərlinin müalicəsi hazırda davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.