Ərdoğandan dəhşətli zəlzələdən zərərçəkənlərə müjdə
24.05.2023
"Siyasi baxışlarından asılı olmayaraq, fevralın 6-da baş vermiş böyük fəlakətdən sonra seçkiyə gedərək demokratik yollarla öz seçimini edən zəlzələ bölgəsində yaşayan bütün qardaş və bacılarıma ürəkdən təşəkkürümü bildirirəm”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter” hesabında yazıb.
O qeyd edib ki, zəlzələ baş verən vilayətlərdə 910 mindən çox çadır və 117 min konteynerin quraşdırılması başa çatıb, 13 minə yaxın iş yeri istifadəyə verilib.
"Növbəti oktyabr-noyabr aylarında sizi yeni evlərinizlə qovuşdurmağa başlayacağıq.
Ümumilikdə 650 min fəlakət evi tikəcəyik, bunun 319 mini birinci ildə olacaq”.
Türkiyə lideri soydaşlarını bədbin olmamağa və həyatdan dördəlli yapışmağa çağırıb.
"Biz sizin yanınızdayıq. Allahın izni ilə sizi heç vaxt tək və möhtac qoymayacağıq”, - deyə o vurğulayıb.