03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakı Enerji Forumunun xüsusi sessiyası Naxçıvanda keçiriləcək

24.05.2023

Bakı Enerji Forumunun "Naxçıvan və Şərqi Zəngəzurun bərpa olunan enerji potensialı’’ mövzusunda xüsusi sessiyası Naxçıvan şəhərində keçiriləcək.

"DM" xəbər verir ki, bunu Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransı zamanı SOCAR-ın mətbuat katibi Orxan Hüseynov bildirib.

Onun sözlərinə görə, tədbirin Naxçıvanda keçirilməsinin məqsədi mövcud olan böyük yaşıl enerji potensialını nümayiş etdirməkdir. Naxçıvanda keçiriləcək tədbir çərçivəsində panel iclaslarından əlavə olaraq mədəni proqram da baş tutacaq.

SOCAR nümayəndəsi onu da əlavə edib ki, ötən il Bakı Enerji Forumunun xüsusi sessiyası Şuşada keçirilib.

Qeyd edək ki, 31 may-3 iyun tarixlərində Bakı şəhəri üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edəcək. Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power” və 28-ci Bakı Enerji Forumu keçiriləcək. "Caspian Oil&Gas” və "Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə Bakı Konqres Mərkəzində keçiriləcək.

Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə 37 ölkədən 326 şirkət iştirakını təsdiq etmişdir. Tədbirdə təmsil olunacaq ölkələr Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avrstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Vyetnam və Yaponiyadır.