21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Putin Qərbi enerji və ərzaq böhranını təhrik etməkdə ittiham edib

24.05.2023

"Hazırkı beynəlxalq vəziyyət qeyri-sabitliyin artması ilə xarakterizə olunur. Müxtəlif regionlarda köhnə münaqişələr genişlənir və yeni gərginlik ocaqları yaranır, münaqişələrin mənfi yükü yığılır, bir çox ölkələrin xalqları kənardan təşkil edilən çevrilişlərin dramatik nəticələrini yaşayır".

"DM" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizlik məsələləri üzrə 11-ci beynəlxalq görüşün iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Onun sözlərinə görə, bu vəziyyət ayrı-ayrı dövlətlərin və birliklərin digər dövlətlərin suverenliyinə, milli maraqlarına, adət-ənənələrinə tamamilə məhəl qoymadan, öz hökmranlığını qorumaq, saxlamaq, öz qaydalarını tətbiq etmək istəyi ilə bilavasitə bağlıdır: "Bütün bunlar hərbi potensialın artırılması, digər ölkələrin daxili işlərinə müdaxilə, eləcə də bir sıra Qərb dövlətlərinin təhrik etdiyi enerji və ərzaq böhranlarından birtərəfli üstünlüklər əldə etmək cəhdləri ilə müşayiət olunur.

Rusiya əmindir ki, belə dağıdıcı kursa, şantaj və qeyri-qanuni sanksiyalar siyasətinə real alternativ var. Bu, dünyada sabitliyin möhkəmləndirilməsi, vahid bölünməz təhlükəsizlik sisteminin ardıcıl qurulması, iqtisadi, texnoloji və sosial inkişafın təmin edilməsi istiqamətində irimiqyaslı vəzifələrin həllidir. Burada ilk növbədə, bütün ölkələrin səylərini qarşılıqlı hörmət, tərəfdaşlıq və etimad prinsipləri əsasında birgə səylə əlaqələndirmək lazımdır. Məhz bu yanaşmalar Rusiyanın yenilənmiş Xarici Siyasət Konsepsiyasında öz əksini tapıb", deyə Rusiya Prezidenti vurğulayıb.