Peskov:Münaqişənin sülh yolu ilə həlli yoxdur
24.05.2023
Ukraynadakı münaqişənin sülh yolu ilə həllindən danışmaq tezdir, bunun üçün hələlik ilkin şərtlər yoxdur.
"DM" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Bunu müzakirə etmək mümkün deyil, çünki Rusiya ilə hər hansı danışıqlar qadağandır”, - Peskov bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ötən ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərar imzalamışdı.