Türkiyədə pandemiyadaki cəzalar geri qaytarılacaq
24.05.2023
Türkiyədə pandemiya zamanı maska taxmayanların cərimələri geri qaytarılacaq.
"DM" "NTV"yə istinadən xəbər verir ki, bu barədə "Resmi Gazete”də məlumat dərc olunub.
Qeyd edilib ki, koronavirus dövründə maska taxma qaydasının pozulmasına görə cəzalar ötən il ləğv olunub, lakin cəriməni ödəyənlərin pulu geri qaytarılmayıb.
Pandemiya dövründə çıxarılan cəzaların bərpası üçün Konstitusiya Məhkəməsinə edilən müraciətin nəticəsi olaraq, bu gün "Rəsmi Qəzet”də dərc olunan qərarla ödənilən cərimələrin geri qaytarılması mümkün olacaq.
Devran Media