Kərim Vəliyev : Ermənistan hər dəfə layiqli cavab alır
24.05.2023
Pakistanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munir ilə görüşündə Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə törətdiyi təxribatlar barədə danışıb.
APA xəbər verir ki, Baş Qərargah rəisi bunun Ermənistan tərəfindən qəsdən vəziyyətin gərginləşdirilməsi məqsədilə edildiyini və hər dəfə onların layiqli cavab aldığını qeyd edib.