21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb

23.05.2023

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Quba və Sabirabad rayonu ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Araşdırmalar zamanı qeyd olunan rayonların ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 533 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 68 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1, 259.2.3, 259.2.4 və 259.3-cü (xeyli miqdarda ziyan vurmaqla, qulluq mövqeyindən istifadə etməklə, külli miqdarda ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.