Litvada həyəcan: Kimyəvi təhlükəyə görə yüzlərlə insan təxliyə edilib - FOTO
23.05.2023
Litvanın Kaunas bölgəsində təhlükəli kimyəvi maddələrin dağılması 500-ə yaxın insanın təxliyə edilməsinə səbəb olub.
Bu barədə polis idarəsi xəbər yayıb.
"Mərkəzləşdirilmiş kanalizasiya sistemində uçucu qazlar olan təhlükəli kimyəvi maddələrə görə biz Kaunas vilayətinin 500-ə yaxın sakinini təxliyə etməli olduq”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, hadisə yerində işləyən xilasetmə xidmətinin əməkdaşlarından biri kimyəvi maddədən zəhərlənib və xəstəxanaya yerləşdirilib.
Mənbə: TASS