Budanov: Ukrayna yaxın gələcəkdə Rusiyaya qarşı əks-hücuma keçməyi planlaşdırır
23.05.2023
Ukrayna yaxın gələcəkdə Rusiyaya qarşı əks-hücuma keçməyi planlaşdırır.
"DM" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov Yaponiyanın NHK nəşrinə müsahibəsində bildirib. Budanov qeyd edib ki, əks-hücum uzun çəkə biləcəyindən Ukraynanın nəzərəçarpan silah-sursat ehtiyatlarına ehtiyacı var, lakin hazırda bu minimal səviyyədədir.
Budanov əlavə edib ki, Ukraynanın döyüş təyyarələrinə ehtiyacı var və beynəlxalq ictimaiyyətin bu məsələdə Kiyevə yardım edəcəyinə ümid edir. "Biz Rusiyanı öz ərazimizdən çıxarmalıyıq, bu məqsədə çatmaq üçün bütün qüvvə və vasitələrdən istifadə edəcəyik. Bu əməliyyatın yaxşı davam etməsi üçün nəzərəçarpan silah-sursat ehtiyatlarına malik olmaq zəruridir”, - Budanov deyib.