Gəncədəki partlayışla bağlı cinayət işi açıldı
21.11.2018
Gəncədə yaşayış binasında baş vermiş partlayışla bağlı şəhər prokurorluğunda araşdırma başlanıb.
"Dövran Media" xəbər verir ki, fakt üzrə Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.
Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğu və və Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.
Faktla bağlı zəruri ekspertizalar təyin olunub və istintaq hərəkətləri aparılır.
Qeyd edək kui, noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olub.
Hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.