Direktor: Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqların müayinəsi davam etdirilir
23.05.2023
"Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqların müayinəsi bu gün də davam etdirilir”.
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
O bildirib ki, lakin hələ bu istiqamətdə konkret bir nəticə yoxdur:
"Onunla yanaşı digər siyasi xadimlərin də qalıqları var idi. Həmin qalıqların da kimə aid olduğu müəyyənləşdirilməyib”.