MN: Azərbaycan Ordusu Basarkeçər istiqamətində Ermənistan bölmələrini atəşə tutmayıb
23.05.2023
Mayın 23-ü guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır, bu məlumatı qəti surətdə təkzib edirik.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.