“Türkiyəni necə məcbur edəcəyimizə qərar verəcəyik” - Karapetyandan gülünc BƏYANAT
20.11.2018
Avropa Erməni Davası Şurasının rəhbəri Gaspar Karapetyan qondarma "erməni soyqırımı” ilə bağlı gülünc bəyanatla çıxış edib.
"Dövran Media"nın verdiyi məlumata görə, G.Karapetyan Türkiyəni qondarma "erməni soyqırımı”na görə məsuliyyəti öz üzərinə götürməyə səsləyib. AEDŞ rəhbərinin sözlərinə görə, əks təqdirdə "Türkiyəni tələblərimizi yerinə yetirməyə necə məcbur edəcəyimizə qərar verəcəyik”:
"Türkiyə "erməni soyqırımı”nın məsuliyyətini üzərinə götürməlidir. Saat gələcək və biz Türkiyəni tələblərimizi yerinə yetirməyə necə məcbur edəcəyimizə qərar verəcəyik. Bu il Avropa Parlamentinin hesabatında yenə Türkiyənin məsuliyyətinə toxunuldu”.
Məlumat üçün qeyd edək ki, bir yandan dünya ictimaiyyətini uydurma "erməni soyqırımı” yalanına inandırmağa çalışan ermənilər, digər yandan Türkiyəni Ermənistanla sərhədləri açmağa səsləyir. Ermənistanın məsələyə absurd yanaşma tərzi zaman-zaman ciddi tənqid hədəfi olsa da, rəsmi İrəvan öz tələb və niyyətindən imtina etmiş deyil.