Hesablama Palatası dövlət xidmətində yoxlamalar aparır
22.05.2023
Hesablama Palatası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar aparır.
Bununla bağlı məlumatı "Report”a Dövlət Xidmətindən təsdiqləyiblər.
Xatırladaq ki, bu il aprelin 17-də Prezident İlham Əliyev qurumun rəisi Arzu Rəhimovu vəzifəsindən azad edib, onun yerinə isə Mürsəl İbrahimovu təyin edib.