Filippində tarixi poçt şöbəsində yanğın olub
22.05.2023
Filippinin görməli yerlərindən biri olan paytaxt Manilada 1926-cı ildə tikilən və İkinci Dünya Müharibəsində zədələndikdən sonra 1946-cı ildə yenidən inşa edilən tarixi poçt binası alovlar içində qalıb.
"DM" "İHA"-ya istinadən xəbər verir ki, ötən gecə saat 23.40 radələrində naməlum səbəbdən binada yanğın baş verib. Təxminən 7 saatlıq səydən sonra nəzarət altına alına bilən yanğında 5 yanğınsöndürən, 1 yardım könüllüsü və 1 mülki olmaqla 7 nəfər yaralanıb.
Manila meri Honey Lacuna-Panqan bildirib ki, ciddi zədələnmiş binaya dəymiş maddi ziyan təxminən 300 milyon peso (5,3 milyon dollar) təşkil edib.
Devran Media