92 nəfər saxlanıldı - Türk donanmasında “zəlzələ”
20.11.2018
Türkiyə Hərbi Dəniz Qüvvələrinin 92 hərbçisi saxlanılıb.
"Dövran Media" xəbər verir ki, saxlanılan şəxslər Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə işbirliyində ittiham edilir.
Məlumata görə, Fəthullah Gülən tərəfdarlarını tutmaq üçün əməliyyat paytaxt Ankara şəhərində həyata keçirilib.
Saxlanılanlar arasında yüksək rütbəli hərbi qulluqçular və zabitlər var.
İstintaq zamanı həmin şəxslərin FETÖ ilə əlaqə saxladığı müəyyən edilib.