Qvatemalada cəngəllikdə 417 qədim Maya şəhəri aşkar edilib
22.05.2023
"DM" SNNTÜRK"ə istinadən xəbər verir ki, ABŞ-Qvatemala birgə arxeoloji tədqiqatçıları "Washington Post” qəzetinə verdiyi müsahibədə, təxminən 3000 il əvvələ aid 177 kilometr "magistral” ilə birləşən 417 şəhər aşkar etdiklərini açıqlayıblar.
Bu kəşf tarixçiləri qədim Maya sivilizasiyası haqqında bildiklərini yenidən düşünməyə vadar edir.
Post yazır ki, yollar və şəhərlər şəbəkəsinin, hidravlik sistemlərin və kənd təsərrüfatı infrastrukturunun kəşfi Mərkəzi Amerikada yaşayan icmaların indi əvvəllər düşünüldüyündən daha inkişaf etdiyini göstərir.
Qvatemala şəhərindəki San-Karlos Universitetinin arxeoloqu və məqalənin həmmüəllifi Enrike Hernandez Posta bildirib ki, layihə üzərində daha da iş aparılsa, bu, Misir piramidaları qədər təsirli bir tarixi kəşfə çevrilə bilər.
Devran Media