NATO Avropada təhlükəsizliyin əsasıdır Makrona cavab
20.11.2018
Avropanın müdafiə sahəsindəki təşəbbüslərini məmnunluqla qarşılayırıq.
"Dövran Media" xəbər verir ki, bu barədə Ümumavropa ordusunun yaradılması təşəbbüsünə münasibət bildirən NATO Baş katibi Yens Stoltenberq bildirib.
"Bunlar NATO-nun daha güclü olmasına fayda verəcək. Avropanın müdafiə təşəbbüslərinin NATO-ya alternativ və ya NATO-nun təkrarı olmamasının gərəkdiyini açıq bir şəkildə ifadə etdim. NATO Avropanın təhlükəsizliyinin əsası olmağa davam edir”, - Stoltenberq bildirib.