Ermənistanda ölən hərbçilərin yaxınları hökumət evinin qarşısında aksiya keçirir
22.05.2023
Ermənistanda ölən hərbçilərin valideynləri hökumət evinin qarşısında aksiya keçirir.
"DM" xəbər verir ki, bu barədə "Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, onlar həbs olunan Qayane Akopyan və onun oğlu - 44 günlük müharibədə ölən Jora Martirosyanın şəkillərini tutaraq "Qayane” və "Azadlıq” şüarları səsləndirir.
Qeyd edək ki, ölkənin Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda mətbuat konfransı keçirəcəyi gözlənilir.
Xatırladaq ki, Qayane Akopyan (Martirosyan) Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlunun oğurlanmasını təşkil etməkdə ittiham olunaraq bir ay müddətinə həbs edilib.