Ermənistan Təhlükəsizlik Şurasının katibi Moskvaya gedəcək
22.05.2023
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 23-də Moskvaya səfərə gedəcək.
"DM” xəbər verir ki, məlumatı qurumun Mətbuat Xidməti yayıb.
Səfər Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dəvəti ilə həyata keçirilir.
A.Qriqoryan təhlükəsizlik məsələləri üzrə 11-ci beynəlxalq toplantıya qatılacaq.
Səfər mayın 25-də başa çatacaq.