21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşdü

20.11.2018

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov noyabrın 20-də italiyalı diplomat və ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri Mario Raffaelli ilə görüşüb.
"Dövran Media" bildirir ki, görüşdə Mario Raffaellinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətindəki fəaliyyətini xatırladan Novruz Məmmədov Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində problemin hələ də həllini tapmamasını təəssüflə qeyd edib. Baş nazir Novruz Məmmədov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğulayıb, məsələnin ədalətli həllinə beynəlxalq ictimaiyyətin diqqətinin daha da artırılmasının zəruriliyini diqqətə çatdırıb.
Mario Raffaelli "Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olduğunu söyləyib. O, ölkəmizlə, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumatlı olduğunu bildirib, 25 il sonra yenidən Azərbaycanda olmasından məmnunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.