21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Marqarita Sederfelt: Müharibə Ukraynanın biomüxtəlifliyini təhdid edir

22.05.2023

"Bu vacib konfransda iştirak etməyə şadam. Biz hər gün xatırlayırıq ki, Yer planetinin resursları bəşəriyyət üçün bor hədiyyədir və biz onu qorumalı, gələcək nəsillərə ötürməliyik. Azərbaycana bu vacib konfransa ev sahibliyi etdiyi üçün təşəkkür edirəm”.

"DM"xəbər verir ki, bunu Bakıda "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqarita Sederfelt deyib.

O, konstruktiv müzakirələrin, təmasların dayanıqlı inkişaf üçün vacib olduğunu xatırladıb.

"Bizim bu konfrans çərçivəsində fikir mübadilələrimizin nəticələrini, öyrəndiklərimizi öz ölkələrimizə aparmaq məsuliyyətimiz var. Dünyamız bu gün bir-birinə bağlı çətinliklərlə - enerji böhranı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və s. üzləşir”.

ATƏT PA-nın Prezidenti Marqarita Sederfelt Rusiyanın Ukraynadakı müharibəsinə də toxunub: "Bu müharibə Ukraynanın ətraf mühiti təhlükəsizliyi, biomüxtəlifliyini təhdid edir, məhv edir".

O bildirib ki, sülh, etimad bu gün dünyada vacib məsələlərdəndir.

"Sülh yalnız insanlar üçün deyil, ətraf mühit üçün vacibdir".

ATƏT PA Prezidenti qeyd edib ki, qlobal çətinliklərin həlli istiqamətində milli səviyyədə addımlar atmaq, resursları cəlb etmək vacibdir.

"Eyni zamanda ölkələr arasında ən yaxşı təcrübələrin mübadiləsi vacibdir. Əlaqələnmə, yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf gündəliyimizin əsasında olacaq. Biz qlobal böhranlarla mübarizə üçün dialoq və əməkdaşlığı təşviq etməliyik, bu prosesdə parlamentlərin rolu vacibdir. Biz ATƏT regionunda ən yaxşı təcrübələrimizi mübadilə edə bilərik", o deyib.

ATƏT PA-nın Baş katibi Roberto Montella isə COVID-19 zamanı da ATƏT parlamentarilərinin onlayn formatda müzakirələr apardıqlarını xatırladıb.

"İqlim dəyişikliyi zamanımızın ən böyük təhdididir. Eyni zamanda onu həlli istiqamətində atılacaq addımlar, yaşıl iqtisadiyyata keçid yolları da bəllidir. Biz Azərbaycan nümayəndə heyətinin töhfəsini, aktiv fəaliyyətini də qeyd etməliyik. Bu göstərir ki, ölkələr individual olaraq təşəbbüslərin irəli sürülməsində necə aktiv rol oynaya bilərlər”, - o deyib.