G7 liderlərindən Çinə çağırış: Rusiyaya təzyiq edin!
20.05.2023
Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Liderlər Zirvəsi ikinci iş günündə davam edir. G7 liderləri Çini Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıblar.
"DM" "TASS"a istinadən xəbər verir ki, birgə bəyanatda bildirilir: "Biz Çini Rusiyanın Ukraynaya müdaxiləsini dərhal dayandırmağa və heç bir şərt qoymadan hərbi qüvvələrini geri çəkməyə çağırırıq ”.