Rusiya ordusu Xersonu bombalayıb: ölənlər var
20.05.2023
Rusiya Hərbi Hava Qüvvələri mayın 20-də səhər saatlarında Ukraynanın Xerson vilayətindəki yaşayış məntəqələrinə aviazərbələr endirib.
"DM" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Vilayətin Berislav rayonunun bombalanması nəticəsində 2 mülki şəxs ölüb, 1 nəfər yaralanıb. Həmçinin mülki infrastruktura ziyan dəyib.