21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Naxçıvandakı Türkiyə vətəndaşları prezident seçkisində səs verirlər - FOTO/VİDEO

20.05.2023

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turu ilə bağlı səsverməsi başlayıb.

"Report”un yerli bürosu xəbər verir ki, Naxçıvanda yaşayan Türkiyə vətəndaşları üçün də səsvermə prosesinə start verilib.

Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda qardaş ölkə vətəndaşlarının səsvermədə fəal iştirakı üçün hər cür şərait yaradılıb.

Bu gün səhər saat 8-də Baş Konsulluqda yaradılan səsvermə məntəqəsində prosesi başlayıb. Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya səsvermədə iştirak edib.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkidə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə "Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyası sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və "Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

ATA siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb