Azərbaycanda iribuynuzlu heyvanların hesabına bioqaz əldə edilə bilər
19.05.2023
Azərbaycanda iribuynuzlu heyvanların ifrazatlarından bioqaz enerjisinin alınması ilə bağlı layihə hazırlanıb və Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib.
Bunu "Report”a açıqlamasında nazirliyin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib.
"Mal-qaradan bioqaz enerjisinin alınması geniş tətbiq edilir. Bu istiqamətdə nazirliyə layihə təqdim etmişik, nəticələrini gözləyirik. İribuynuzlu maldarlıqda peyinin yığılması nəticəsində metan qazının alınması və bunun əhaliyə təqdim edilməsi nəzərdə tutulur”,- deyə o vurğulayıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il yanvarın 1-i vəziyyətinə ölkədə 7 772,1 min baş qoyun və keçi, 2 628,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1288,7 min baş inək və camış olub.