21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Mühafizəsi təmin edilən elektroenergetika obyektlərinin siyahısı müəyyənləşdiriləcək

19.05.2023

Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı müəyyənləşdiriləcək.

"DM" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
-elektrik şəbəkəsinə dair qaydaları;
-sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddini;
-elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısını;
- qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydalarını;
-mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısını.

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.