Ərdoğan: “Türkiyə hələ İsveçin NATO-ya üzv olmasına hazır deyil”
19.05.2023
"Türkiyə hazırda İsveçin NATO-ya üzv olmasına hazır deyil”.
"DM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN telekanalına açıqlamasında deyib.
"Çünki NATO ölkəsi terrorla mübarizə məsələsində qətiyyətli mövqe nümayiş etdirməlidir”, - o deyib.
Onun sözlərinə görə, rəsmi Stokholm terrorçu qrupların qollarının İsveçdə, Stokholm küçələrində sərbəst gəzməsinə icazə verməyə davam etdikcə, Türkiyə İsveçin NATO üzvlüyünə müsbət baxmayacaq.