İtaliyadakı daşqınlarda ölənlərin sayı artıb - FOTO/VİDEO
19.05.2023
İtaliyanın Emiliya-Romanya vilayətinin şimal bölgəsində yağan leysan və daşqınlar bölgəyə 6 milyard avrodan çox ziyan vurub.
Son məlumatlara görə, azı 14 nəfər təbii fəlakətin qurbanı olub. 40-dan çox yaşayış məntəqəsi daşqınlardan zərər çəkib. Bir neçə nəfər itkin düşmüş sayılır, 30 minə yaxın insan təxliyə edilib.
Yerli marşrutlarda avtomobillərin hərəkəti, eləcə də relslərin çoxsaylı hissələrində regional dəmir yolu əlaqəsi kəsilib. Rayonun 30 minə yaxın sakini işıqsız qalıb.
Emiliya-Romanyada hava şəraitinin son (qırmızı) təhlükə səviyyəsi davam edir. Bazar ertəsindən etibarən bölgənin geniş ərazisində çayların daşması, onlarla şəhərin su altında qalmasına səbəb olan yağışlar səngimir.
Mənbə: Sky TG24