İlham Əliyev “Elektroenergetika haqqında” Qanunu təsdiqləyib
19.05.2023
Prezident İlham Əliyev "Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.
Bununla bağlı President.az məlumat yayıb.
Bu qanun elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Bundan başqa, dövlət başçısı "Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman da imzalayıb.