“Vətən müharibəsində Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır”
19.05.2023
"Otuz illik işğal dövründə Azərbaycan xalqı humanitar fəlakətlə üzləşmişdir, bir milyon soydaşımız evsiz-eşiksiz qalmışdır. Bu fakt Azərbaycanın inkişafı üçün böyük əngəllər törədirdi”.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, indi - torpaqlarımızın işğaldan azad edildiyi bir dövrdə ölkəmiz bütün sahələrdə böyük potensiala malikdir.
İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini vurğulayan Prezident bildirib ki, Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır və bu, özünü bütün sahələrdə göstərir.