Mirzoyan: “Ermənistan Cənubi Qafqaz regionunda uzunmüddətli sülh əldə etməyi hədəfləyir”
19.05.2023
"Ermənistan Cənubi Qafqaz regionunda uzunmüddətli sülhü hədəfləyir və Azərbaycanla münasibətlərin normallaşdırılması üçün danışıqların növbəti raundunun keçirilməsi imkanını alqışlayır”.
"DM" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarda deyib.
A.Mirzoyan vurğulayıb ki, ölkəsi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 9 noyabr 2020-ci il tarixli və sonrakı üçtərəfli bəyanatlara sadiqdir.