Rusiya XİN başçısı: “Heydər Əliyev ölkələrimizi birləşdirən şəxsiyyətdir”
19.05.2023
"Bu həftənin əvvəlindən Moskvada həm SSRİ-nin, həm də Azərbaycanın böyük dövlət xadimi olan Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir”.
"DM"-nın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar zamanı deyib.
O, ümummilli lider Heydər Əliyevi ölkələrimizi birləşdirən şəxsiyyət adlandırıb.
Lavrov həmçinin tədbirlərin təşkilinə görə Azərbaycanın Rusiyadakı səfirliyinə də təşəkkürünü bildirib.
Xatırladaq ki, bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş keçirilir.